Menu

Metronun “Nizami” stansiyasında eskalator təmirə dayandırılır

07.01.2015, 10:37
Metronun “Nizami” stansiyasında eskalator təmirə dayandırılır

 “Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasında fəaliyyət göstərən 3 saylı eskalator əsaslı təmirə dayandırılır.

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni”nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N. Paşayev bildirib ki, bununla bağlı bütün hazırlıqlar görülüb: “Yanvarın 8-dən təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək. Fevralın 7-ə qədər eskalatorun yenidən istifadəyə verməsi planlaşdırılır”.

Qeyd edək ki, 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol