Menu

Şahbaz Şərif Azərbaycanın səfirini qəbul etdi: “Strateji tərəfdaşlıq davam edəcək”

30.07.2026, 14:19
Şahbaz Şərif Azərbaycanın səfirini qəbul etdi: “Strateji tərəfdaşlıq davam edəcək”

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovu diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib.

"AzPolitika" xəbər verir ki, bu barədə X.Fərhadov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Pakistanın Baş naziri Şahbaz Şərifə vida səfəri etmək mənim üçün böyük şərəf idi. Qardaş ölkələrimiz bütün əməkdaşlıq sahələrində strateji tərəfdaşlığı daim daha da yüksək səviyyəyə qaldıracaqlar", - diplomat yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol