Menu

Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb

30.07.2026, 15:32
Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb

Lerik rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

"AzPolitika" xəbər verir ki, hadisə rayonun Livədirqə kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evdə hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol