Menu

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - 21 nəfər xəsarət alıb + FOTO

02.08.2026, 22:43
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - 21 nəfər xəsarət alıb + FOTO

Türkiyənin şimalındakı Samsun vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

"Haber Global" xəbər verir ki, hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

İdarəetmədən çıxan avtobus yol kənarına aşıb. Nəticədə 21 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanların vəziyyəti barədə məlumat paylaşılmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol