Azərbaycanda müxtəlif idman növləri ilə məşğul olanların sayı 399 min 268 nəfər təşkil edir.

"AzPolitika" açıqlanan rəsmi statistik məlumatlara istinadla xəbər verir ki, ölkədə ən çox məşğul olunan idman növü futboldur.

Məlumata görə, futbolla məşğul olanların sayı 83 min 940 nəfərdir. Siyahıda ikinci yeri voleybol (44 min 803 nəfər), üçüncü yeri isə şahmat (44 min 396 nəfər) tutur.

İlk beşliyi yüngül atletika (31 min 6 nəfər) və basketbol (21 min 995 nəfər) tamamlayır.

Statistika göstərir ki, ənənəvi idman növləri ilə yanaşı, intellektual oyunlar da ölkədə geniş yayılıb. 

Belə ki, dama ilə 17 min 40 nəfər, şahmat ilə isə qeyd olunduğu kimi, 44 min 396 nəfər məşğul olur.

Su idman növləri arasında üzgüçülük ön sıradadır. Bu idman növü ilə 15 min 268 nəfər məşğul olur.

Güləş növləri üzrə isə sərbəst güləş (13 min 613 nəfər) liderdir. Ondan sonra yunan-Roma güləşi (9 min 28 nəfər) və sambo güləşi (2 min 159 nəfər) gəlir.

Döyüş idman növləri arasında cüdo (12 min 402 nəfər), boks (6 min 580 nəfər), kikboksinq (5 min 485 nəfər), taekvando (5 min 320 nəfər) və karate (5 min 152 nəfər) daha çox iştirakçıya malikdir.

Ən az məşğul olunan idman növləri isə idman gimnastikası (963 nəfər) və qılıncoynatma (317 nəfər) olub.

Tam siyahını təqdim edirik:

İdman növüİştirakçı sayı
1Futbol83 940
2Voleybol44 803
3Şahmat44 396
4Yüngül atletika31 006
5Basketbol21 995
6Dama17 040
7Üzgüçülük15 268
8Sərbəst güləş13 613
9Futzal13 293
10Cüdo12 402
11Stolüstü tennis11 649
12Yunan-Roma güləşi9 028
13Boks6 580
14Kikboksinq5 485
15Taekvando5 320
16Karate5 152
17Nərd4 972
18Bədii gimnastika2 438
19Tennis2 437
20Ağır atletika2 337
21Sambo güləşi2 159
22Badminton1 811
23Atıcılıq idmanı1 343
24Armrestlinq1 272
25İdman gimnastikası963
26Qılıncoynatma317
E. Bəyməmmədli
"AzPolitika.info"