Volodimir Zelenski Rustem Umerovu Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edib.
Bu barədə Zelenski Ukraynanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdə çıxışı zamanı bildirib.
Umerovun dron sövdələşmələrini koordinasiya edəcəyi, diplomatiya və müdafiə məsələləri ilə məşğul olacağı bildirilir.
Zelenski həmçinin keçmiş daxili işlər naziri İqor Klimenkonu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə təyin edib.
***
Ukrayna Prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir.
“AzPolitika” xəbər verir ki, bu barədə UNİAN öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbə qeyd edib ki, "Dövlət başçısı Volodimir Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etməlidir".
Eyni zamanda, keçmiş daxili işlər naziri İqor Klimenkonun Umerovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi vəzifəsində əvəz edəcəyi gözlənilir.
Xatırladaq ki, Umerov bir müddət Müdafiə naziri postunu da tutub.
“AzPolitika.info”

Şərhlər