Türkiyənin İzmir şəhərinin Menderes Rayon Bələdiyyəsində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat keçirilib.
"AzPolitika" Türkiyə mediasına istinadla xəbər verir ki, İzmir Cümhuriyyət Baş Prokurorluğunun koordinasiyası ilə aparılan "rüşvət" və "mənimsəmə" araşdırmaları çərçivəsində bələdiyyə sədri İlkay Çiçək də daxil olmaqla 16 nəfər haqqında həbs qərarı çıxarılıb.
Keçirilən əməliyyat zamanı 13 nəfər saxlanılıb, digər 3 nəfərin tutulması istiqamətində əməliyyat və axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları tərəfindən Menderes Bələdiyyəsinin binasında və bələdiyyə sədri İlkay Çiçəyin mənzilində axtarışlar aparılır.İzmir Cümhuriyyət Baş Prokurorluğunun yaydığı rəsmi bəyanatda bildirilir ki, şübhəlilər "Cinayət törətmək məqsədilə təşkilat yaratma və ona üzv olma", "Rüşvət", "Mənimsəmə", "Rəsmi sənədlərdə saxtakarlıq", "Vəzifə Səlahiyyətlərindən sui-istifadə" və "Tikinti qaydalarını pozma" kimi ağır maddələrlə təqsirləndirilirlər.
Faktla bağlı çoxşaxəli istintaq davam edir.
Rasim
"AzPolitika.info"

Şərhlər