Putinin məqsədi artıq dağılmış bir şeyi qaytarmaqdır.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz Telegram kanalında Kremlin SSRİ-nin bərpası ideyasını şərh edərkən bildirib.
O qeyd edib ki, keçmiş Sovet İttifaqı ölkələri nə qədər güclü və müstəqil olarsa, Kreml üçün bir o qədər çətin olacaq: "Ukrayna bu tapmacanın açarıdır. O, bizi parçalamaq istəyir. Əgər o, buna nail olsaydı, bu ölkələrə tam hörmətlə yanaşaraq deyirəm ki, digər postsovet ölkələri ilə işlər daha asan olacaqdı. Bunu hər kəs bilir və Ukraynanın digər ölkələrin müstəqilliyinə verdiyi töhfəni yüksək qiymətləndirir”.
Zelenski xüsusilə də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd edib: “Müstəqil Azərbaycanla güclü münasibətlər qurmalıyıq. Biz onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Həmçinin, bu il uzun müddətdən sonra ilk dəfə Ermənistanla əlaqələri bərpa etdik”.
Zelenski Ukraynanın postsovet ölkələrinin müstəqilliyinin saxlanmasında önəmli rol oynadığını vurğulayıb: “Ukraynanın bu gün keçmiş Sovet İttifaqı məkanında mövcudluğu bu ölkələrin də müstəqil olması deməkdir. Məsələn, mən Moldovanın Müstəqillik Gününə dəvət olunmuşam. Bu cür münasibətləri qorumaq bizim üçün çox vacibdir və mən onları qurduğumuz üçün fəxr edirəm".
“AzPolitika.info”

Şərhlər