Azərbaycanın avtomobil bazarında qiymət fərqləri ildən-ilə daha da böyüyür.
"AzPolitika" xəbər verir ki, premium seqmentdə bəzi markaların orta satış qiyməti yüz minlərlə manata çatdığı halda, büdcə seqmentində hələ də 10 min manatdan aşağı qiymətə avtomobil təklif edən istehsalçılar mövcuddur.
Bentley siyahıda açıq fərqlə liderdir. Markanın orta satış qiyməti 351 min manatı ötür ki, bu da ikinci yerdə qərarlaşan Zeekr-dən təxminən iki dəfə bahadır. Son illərdə Çin istehsalçıları da premium seqmentdə mövqelərini gücləndiriblər. Zeekr, Li Auto, Lynk & Co və Voyah kimi markalar artıq yüksək qiymət kateqoriyasında Avropa istehsalçıları ilə rəqabət aparırlar. Ənənəvi premium markalar olan Land Rover, Maserati, Porsche, Volvo və Lexus isə siyahıda yer alsalar da, bəzi yeni Çin brendlərinin orta qiymətlərindən geri qalırlar.
Bazarda ən bahalı 15 avtomobil markası belədir:
1 Bentley - 351 050 manat;
2 Zeekr - 178 000 manat;
3 Polar Stone- 95 200 manat;
4 Li Auto - 89 500 manat;
5 Lynk & Co - 89 465 manat;
6 Voyah - 74 500 manat;
7 BAW - 58 500 manat;
8 Jetour - 56 000 manat;
9 Land Rover - 55 125 manat;
10 Maserati - 49 500 manat;
11 Porsche - 49 388 manat;
12 Volvo - 45 000 manat;
13 Lexus - 40 777 manat;
14 Dongfeng - 39 900 manat;
15 GAC - 37 900 manat;
Ən sərfəli avtomobil markaları sırasında Türkiyənin Tofaş markası ilk pillədə qərarlaşıb. İran Khodro, Daewoo və Lada da 6 min manatdan aşağı orta qiymətlərlə siyahıda yer alırlar. Bu seqment əsasən daha yaşlı və ikinci əl avtomobillərdən ibarətdir. Alıcılar bu markalara daha çox aşağı büdcə, sadə texniki xidmət və ucuz ehtiyat hissələri səbəbindən üstünlük verirlər.
Ən sərfəli avtomobil markaları sırasında Türkiyənin Tofaş markası ilk pillədə qərarlaşıb. İran Khodro, Daewoo və Lada da 6 min manatdan aşağı orta qiymətlərlə siyahıda yer alırlar.
Bu seqment əsasən daha yaşlı və ikinci əl avtomobillərdən ibarətdir. Alıcılar bu markalara daha çox aşağı büdcə, sadə texniki xidmət və ucuz ehtiyat hissələri səbəbindən üstünlük verirlər.
1 Tofaş - 5 000 manat;
2 Iran Khodro - 5 200 manat;
3 Daewoo - 5 550 manat;
4 Lada - 5 700 manat;
5 Lifan - 5 900 manat;
6 Saipa - 5 950 manat;
7 Zontes - 6 100 manat;
8 GAZ - 7 200 manat;
9 Renault - 7 950 manat;
"AzPolitika.info"

Şərhlər