On minlərlə miqrant Mərakeşdən dəniz yolu ilə Seutaya (Şimali Afrikadakı İspaniya anklavı) keçdikdən sonra Avropa Birliyi ölkələri 4 avqustda yeni miqrasiya böhranını müzakirə etmək üçün təcili iclas keçirirlər.
“AzPolitika” xəbər verir ki, İtaliya mediasının bu barədə məlumatı qonşu Ermənistanda narahatlıq yaradıb. Belə ki, həmin məlumata görə, iclasda İtaliya Baş naziri Corco Meloninin qərar qəbul edilənə qədər miqrantları Aİ xaricində xüsusi düşərgələrdə yerləşdirmək planı müzakirə olunacaq və Ermənistan da bu cür düşərgələrin yaradılması üçün seçilən ölkələr arasındadır.
"Corriere della Sera" qəzetinin məlumatına görə, Meloninin planı 3 avqustda Aİ liderlərinə təqdim edilib. 4 avqusta planlaşdırılan Aİ Şurasının iclasında İtaliyanın daxili işlər naziri Matteo Piantedosinin planın detallarını aydınlaşdıracağı gözlənilir.
Lakin bu məlumatdan bir qədər sonra rəsmi İrəvan bəyanatla çıxış edib. Ermənistan Xarici İşlər Nazirliyi qanunsuz miqrantlar üçün saxlama mərkəzinin yaradılması məsələsinin İrəvanla müzakirə olunmadığını bildirib.
“AzPolitika.info”

Şərhlər