Menu

"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu

18.11.2026, 21:42
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində şübhəli bilinən qadının kimliyi müəyyənləşib.

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Bərdə–Yevlax avtomobil yolunun rayonun Saatlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. 

Aynur Həsənova idarə etdiyi "Lexus" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən 1994-cü il təvəllüdlü Fərid Qasımovu vurub. Piyada aldığı xəsarətlərdən həlak olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol