Menu

Bu məhsulun idxalı kəskin bahalaşır – Hər kiloqrama 200 dollar rüsum!

18.11.2026, 20:52
Bu məhsulun idxalı kəskin bahalaşır – Hər kiloqrama 200 dollar rüsum!

Nərə kürüsünün Azərbaycana idxalı zamanı tətbiq edilən gömrük tarifi dəyişdiriləcək.

"AzPolitika" Trend-ə istinadla xəbər verir ki, 2030-cu il dekabrın 31-dək məhsulun gömrük dəyərinin 15 faizi həcmində rüsum tutulaca.

Nərə kürüsünün idxalı üzrə tarif dərəcəsi sütununda göstərilən 15 rəqəmi yeni şərtlə əvəz olunur. Qərara əsasən, 2030-cu il dekabrın 31-dək gömrük dəyərinin 15 faizi həcmində rüsum tətbiq ediləcək, lakin hər 1 kiloqram üçün ödəniləcək məbləğ 200 ABŞ dollarından az olmayacaq.

Qərarın bu müddəası sənədin dərc edildiyi 13 noyabr 2026-cı il tarixindən 90 gün sonra qüvvəyə minəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol