Menu

Trampla Putin “ayaqüstü” görüşdü - Üçtərəfli görüşün mövzusu açıqlandı + VİDEO

18.11.2026, 16:52
Trampla Putin “ayaqüstü” görüşdü - Üçtərəfli görüşün mövzusu açıqlandı + VİDEO

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın APEC sammitinin nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə keçirilən qəbuldan əvvəl qısa görüşü olub. 

“AzPolitika” xarici mediaya istinadla xəbər verir ki, birgə fotosessiya mərasimində Putinlə Tramp əl sıxıb görüşüblər və bir neçə kəlməlik fikir mübadiləsi aparıblar.

Qəbul Çin rəhbəri Si Cinpinin adından keçirilir. Si və Trampdan sonra zirvədə iştirak edən digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bir-bir qəbula gəlib. Onlar Si Cinpin və həyat yoldaşı tərəfindən qarşılanıb, bundan sonra hamı ənənəvi birgə foto çəkdiriblər.

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putin, Donald Tramp və Si Cinpinin gözlənilən üçtərəfli görüşündə dünya miqyasında narahatlıq doğuran münaqişələr müzakirə ediləcək.

O bildirib ki, liderlər böyük dövlətlərin münasibətləri necə qura və qlobal vəziyyətin yaxşılaşdırılmasına necə töhfə verə biləcəklərini nəzərdən keçirəcəklər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol