Rusiya Prezidenti Vladimir Putin ölkəni tərk edən və məhkəmə qərarlarından yayınan Rusiya vətəndaşlarının hüquqlarını kəskin şəkildə məhdudlaşdıran yeni qanunu imzalayıb.
Avqustun 4-dən qüvvəyə minən sənəd xaricdə yaşayan və siyasi motivli işlər üzrə qiyabi məkum olunmuş, yaxud cərimələnmiş şəxsləri hədəf alır. Ordu haqqında "feyk" yaymaq, "xarici agent" və "arzuolunmaz təşkilat" maddələri ilə təqsirləndirilənlərə qarşı tətbiq ediləcək əsas məhdudiyyətlər bunlardır:
Şübhəli və məkum olunanların Rusiyadakı bank hesabları və əmlakları dondurulur, gəlirləri xüsusi hesablara köçürülür. Daşınmaz əmlak və nəqliyyat vasitələri ilə bağlı hər növ əqd ləğv edilir.
Xaricdə olan həmin şəxslərə yeni xarici pasportların verilməsi, notariat və konsulluq xidmətləri dayandırılır.
Dövlət xidmətlərinə blok qoyulur,, yəni "Gosuslugi" portalına giriş məhdudlaşdırılır.
Xaricdə saxlanılan zaman Rusiya səfirlikləri tərəfindən hüquqi kömək göstərilməyəcək.
Hüquq müdafiəçiləri və hüquqşünaslar bu addımı faktiki olaraq "vətəndaşlıqdan məhrumetmə" kimi qiymətləndirirlər.
Rasim Əliev
"AzPolitika.info"

Şərhlər