ABŞ-li milyarder İlon Maskın "SpaceX" şirkətinə məxsus "Falcon 9" raketinin ikinci mərhələsi uzun müddət kosmosda nəzarətsiz qaldıqdan sonra Ayın səthinə çırpılacaq.
Məlumata görə, təxminən 4 ton ağırlığında olan raket hissəsi saatda 8 690 kilometr sürətlə Ayın qərb hissəsində yerləşən Eynşteyn krateri yaxınlığında səthə dəyəcək. Raket parçası 2025-ci ilin yanvarında həyata keçirilən buraxılışdan sonra Günəş aktivliyi və cazibə qüvvələrinin təsiri ilə nəzarətsiz trayektoriya üzrə hərəkət edib.
NASA-nın hesablamalarına əsasən, toqquşma nəticəsində Ayın səthində təxminən 18 metr diametrində və 4 metr dərinliyində krater yaranacağı gözlənilir. Zərbə nəticəsində böyük həcmdə Ay tozu və qaya parçalarının ətrafa səpələnəcəyi bildirilir.
Toqquşma bölgəsi peyklər vasitəsilə müşahidə olunacaq və əldə edilən məlumatlar Ay səthinin xüsusiyyətləri, eləcə də süni obyektlərin toqquşmalarının təsirlərini araşdırmaq üçün istifadə ediləcək.
Mütəxəssislərə görə, bu, Yer kürəsi üçün hər hansı təhlükə təşkil etməyəcək.
"AzPolitika.info"

Şərhlər