Menu

General rəisi vəzifəsindən azad etdi

05.08.2026, 14:04
General rəisi vəzifəsindən azad etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişikliyi baş verib.

"AzPolitika" Manset.az-a istinadla xəbər verir ki, Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant Pərviz Hüseynov vəzifəsindən azad edilib.

Bununla bağlı SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov əmr imzalayıb. Bu barədə məlumatı saytımıza qurumdan təsdiqləyiblər. Sorğumuza cavab olaraq bildirilib ki, P.Hüseynov xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad edilib.

Digər əmrə əsasən, polkovnik-leytenant Ruslan Əhmədov Tərtər rayon şöbəsinə rəis əvəzi vəzifəsinə müvəqqəti təyinat alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol