Menu

Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub

05.08.2026, 23:12
Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Sabah" səfərdə "Orhus"la (Danimarka) qarşılaşıb.

"AzPolitika"nın məlumatına görə, Ranners stadionunda keçirilən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

Skandinaviya təmsilçisinin heyətində Ceyms Boqere (31, 63) dubl edib. "Bayquşlar"ın yeganə qolu isə Velko Simiçin (66) ayağına yazılıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol