Menu

“Hidayət hazırda çəki ilə bağlı problem yaşayır” - Baş məşqçi

12.10.2026, 16:50
“Hidayət hazırda çəki ilə bağlı problem yaşayır” - Baş məşqçi

“Hidayət Heydərov hazırda çəki ilə bağlı problem yaşayır”.

“AzPolitika” xəbər verir ki, bunu kişilərdən ibarət cüdo üzrə yığmanın baş məşqçisi Riçard Trautman deyib.

O, Bakıda keçirilən DÇ-də nəticə qazana bilməyən Hidayət Heydərovla bağlı danışıb. R.Trautman Olimpiya çempionumuzun gələcəkdə 73, yoxsa 81 kq-da güləşəcəyi barədə də fikirlərini açıqlayıb: 

“Hidayətlə görüşümüz olub. Onunla danışmışıq ki, özü qərar versin. Hansı çəkidə güləşəcək - bunu özü seçəcək. Onun bir həftə vaxtı var. Hidayətin yenidən Olimpiya çempionu olmasını istəyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol