Rusiya iqtisadiyyatını hərbi vəziyyətə keçirmək ölkəni "öldürmək" demək olar.
“AzPolitika” xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin TASS-a verdiyi müsahibədə deyib.
Onun bu açıqlaması sosial mediada və ekspertlər arasında müzakirələrə səbəb olub və ciddi xəbərdarlıq kimi qəbul edilib.
Merin sözlərinə görə, bir neçə ildir irəli sürülən və ötən gün Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik tərəfindən təkrarlanan "hərbi iqtisadiyyat"ın tətbiqi təklifləri "yararsızdır".
"Əgər dinc iqtisadiyyat, vergilər, əhali üçün gəlirlər olmasa siyasi vəziyyət tamamilə fərqli olacaq və müharibədə uğur qazana bilməyəcəyik. Həyatıöldürmək, normal iqtisadiyyatıöldürmək ölkəni tamamilə öldürmək deməkdir. Buna görə də, bunlar müasir iqtisadiyyatın və ya müasir müharibənin necə aparıldığını anlamayan insanlardan gələn lazımsız, yararsız söhbətlərdir", - Sobyanin deyib.
Mülki vətəndaşlar və müəssisələr üçün əlavə məhdudiyyətləri nəzərdə tutan “səfərbərlik iqtisadiyyatı”na keçid barədə şayiələr yazda Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın gözlənilmədən xeyli vaxt ictimaiyyət qarşısına çıxmamasından sonra güclənmişdi. O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna belə qatılmamışdı.
Rusiya mediası yazmışdı ki, Nabiullina hakimiyyətin hərbi vəziyyət elan etmək, sərhədləri bağlamaq və iqtisadiyyat üzərində dövlət nəzarətini daha da gücləndirmək planları səbəbindən istefa üçün Putinə müraciət edib. Baş nazir Mixail Mişustinin istefası ilə bağlışayiələr də eyni vaxtda ortaya çıxmışdı.

Yeni hərbi iqtisadi sistem - bir növ SSRİ-dəki Dövlət Planlaşdırma Komitəsi, hərbi sifariş iqtisadiyyatı, resursların bölüşdürülməsi və sənaye səfərbərliyini nəzərdə tutur.
ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) və Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu (IISS) mütəxəssislərinin fikrincə, Rusiyada iqtisadi səfərbərlik hərbi səfərbərliklə müşayiət oluna bilər. Yəni, rusların cəbhəyə məcburi çağırılması reallaşa bilər.
Bundan öncə “The Washington Post” və “The Wall Street Journal” Avropa və Amerika rəsmilərinə, eləcə də böyük şirkətlərə və regional liderlərə yaxın mənbələrə istinadla payızda, Duma seçkilərindən sonra Rusiyada mümkün səfərbərlik barədə məlumatlar yayıblar.
Bir gün əvvəl isə Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik iqtisadiyyatı "müharibə vəziyyətinə gətirmək" və "normal hərbi əməliyyatlara başlamaq” zərurətindən danışıb. O, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələr fonunda belə bir cavabın zəruri olduğunu deyib. Sobyaninin bu açıqalması isə Kolesnikin timsalında Rusiya hakimiyyətindəki hərbi eskalasiya, müharibənin qızışdırılması tərəfdarlarına cavabdır.
Qeyd edək ki, məhz mülayim xətt tərəfdarı kimi tanınan Sobyanin, bir çox politoloqlar və müşahidəçilər tərəfindən Vladimir Putindən sonra Rusiya prezidentliyinə ən real namizədlərdən biri sayılır.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər
Qəzeti vizual olaraq o qədər eybəcər bir şəklə saldınız ki, heç bir məqaləni tapıb oxumaq olmur. Bu hansı bisavadın ideyası idi? Əvvəllər gün ərzində dərc olunan məqalələrin ümumi siyahısı verilirdi. Siyahı ölkədə bə dünyada baş verən hadisələrn ümumi mənzərəni rahatlıqla əks etdirirdi. Indi ihər şey it aşına dönüb. Bir yazını tapıb oxumaq üçün 40 qapıya baş salmaq lazımdır. Tək mən yox, tanıdığım əksər Azpolitika oxucularının demək olar ki hamısı narazıdır. Ey bu şərhi oxuyandost insan, xahiş edirəm mənim bu sözümü Cəlal Məmmədova çatdırın. Hörmətli Cəlal müəllim, yəqin ki, müdriyyət qarşısında sizin sözünüz keçər. Lütfən deyin ki, qəzet başdan-başa əsəb nəsnəsinə çevrilib. Məqalənin üstündən klik edirik ortaya başqa bir şey çıxır. Gərək qəzetin podvalına enəsən. Orada da ağla gələn-gəlməyən çəkillər, axmaq-axmaq reklam və nə bilim nələr yerləşdirilib. Belə tərtibat, belə qəzetçilik olmur. Lütfən, SİYAHINI BƏRPA EDİN
Bu gün Rusiyanın Prezidenti rusların "sevimlisi" Lenınle birlikde 100 million vetandaşını qetle yetşren Stalin olsa bele gecdir Rusiyanın taleyi hell olunub o dağılmağa mehkumdur.