Azərbaycanın Estoniya, Pakistan və Malayziyadakı səfirləri vəzifələrindən geri çağırılıb, yerlərinə yeni təyinatlar edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bir sıra sərəncamlar imzalayıb.
Belə ki, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Nemət Zeynal oğlu Nağdəliyev təyin olunub.
Xəzər Nadir oğlu Fərhadov isə Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. Bu vəzifəyə İrfan Şakir oğlu Davudov təyinat alıb.
Eyni zamanda İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə isə Xəzər Nadir oğlu Fərhadov təyin edilib.
Beləliklə, Pakistan və Malayziya səfirlikləri arasında qarşılıqlı dəyişiklik aparılıb.

Şərhlər