Menu

Krım körpüsünün yeni halı – VİDEO

18.11.2026, 11:08
Krım körpüsünün yeni halı – VİDEO

Ukraynanın zərbələrindən sonra ciddi xəsarət alan Krım körpüsünün yeni görüntüləri yayımlanıb. 

“AzPolitika” xəbər verir ki, körpü üzərində hərəkət edən qatardan çəkilmiş görüntülər Krım körpüsündəki avtomobil yolunun dağıldığını təsdiqləyib.

Sərnişinlərdən biri tərəfindən dərc olunmuş videoda körpüdəki avtomobil yolu üzərindəki arkanın olmadığı və bir yol aralığının tamamilə “yoxa çıxdığı” aydın görünür.

Buna baxmayaraq, körpünün dəmir yolu hissəsində qatarların hərəkəti bərpa olunub. Bəzi mütəxəssislər bu vəziyyətdə körpü üzərində qatarların hərəkətini riskli hesab edirlər.

Xatırladaq ki, bir gün əvvəl Ukrayna Silahlı Qüvvələri Krım körpüsünə zərbə endirərək onun bir arkasını və avtomobil yolunu dağıdıb. Bu zaman "Flamingo" və digər raketlərdən, eləcə də “Palyanitsa” PUA-sından istifadə olunduğu bildirilir. Moskva hadisəni rəsmi olaraq terror hücumu kimi dəyərləndirib və körpünün tezliklə bərpa olunacağını bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol