Menu

Nazirlik 3,4 üç milyon xərcləyəcək - 606 mənzilin təmirinə

07.08.2026, 17:13
Nazirlik 3,4 üç milyon xərcləyəcək - 606 mənzilin təmirinə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Şəfəq qəsəbəsindəki yaşayış kompleksində yerləşən binalarda cari təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 3 milyon 402 min manat təşkil edir.

Müsabiqə sənədlərinə əsasən, satınalma çərçivəsində Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yaşayış kompleksindəki 52 bina üzrə ümumilikdə 606 mənzildə cari təmir işlərinin görülməsi nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol