Menu

Tatarstandakı neft zavodu vuruldu – VİDEO

10.08.2026, 10:31
Tatarstandakı neft zavodu vuruldu – VİDEO

Ukrayna Tatarıstanın Nijnekamsk şəhərindəki neft emalı zavodunu vurub. 

“AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada məlumat və görüntülər yayımlanıb.

Nijnekamskda iki böyük, bitişik neft emalı zavodu yerləşir. Bunlar 2007-ci ilə qədər rəsmi olaraq Nijnekamsk Neft Emalı Zavodu kimi tanınan və Tatneft şirkətinə məxsus olan TANECO ASC və 1979-cu ildə istifadəyə verilmiş ELOU AVT-7 qurğusu olan neft emalı kompleksi - TAIF-NK ASC-dir.

2026-cı ilin yayında Nijnekamsk neft-kimya mərkəzi müntəzəm olaraq dron hücumlarına məruz qalıb. 12 iyunda dron hücumu TAIF-NK neft emalı zavodundakı əsas ELOU AVT-7 xam neft emalı qurğusuna ciddi ziyan vurub. 8 və 31 iyul tarixlərində həm neft emalı zavodunun daxilində, həm də bitişik neft-kimya nəhəngi Nijnekamsknefteximdə yanğınlar qeydə alınıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol