Menu

Tatarıstanda matəm elan edildi - Xeyli sayda insan ölüb

10.08.2026, 10:52
Tatarıstanda matəm elan edildi - Xeyli sayda insan ölüb

Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində sənaye müəssisələrinə kütləvi PUA hücumundan sonra ölənlərin xatirəsinə matəm elan olunub.

Matəm elan edilməsi barədə qərarı Tatarıstanın rəhbəri Rüstəm Minnixanov verib. Bu barədə Nijnekamsk şəhərinin meri Radmir Belyayev məlumat yayıb.

Tatarıstan hakimiyyəti daha əvvəl Nijnekamskın sənaye zonasında yerləşən bir sıra istehsalat müəssisələrinin Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını açıqlamışdı.

Hücum nəticəsində ölənlərin olduğu bildirilsə də, onların dəqiq sayı rəsmi şəkildə açıqlanmayıb.

Bununla yanaşı, bir sıra Teleqram kanalları hadisə nəticəsində 10-dan çox şəxsin öldüyünü iddia edib. Bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Elman

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol