Menu

"Tramp danışıqlar üçün İrana yalvarırdı..." - Abbas Əraqçi

11.08.2026, 13:06
"Tramp danışıqlar üçün İrana yalvarırdı..." - Abbas Əraqçi

“İran ABŞ və İsraillə son müharibə zamanı özünü dünyaya sarsılmaz və məğlubedilməz güc olduğunu sübut edib”.

"AzPolitika" xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Müharibənin əvvəlində qeyd-şərtsiz təslim olmaqdan danışan Tramp 20 gündən sonra danışıqlar aparmaq üçün yalvarmağa başladı”, - nazir iddia edib.

Əraqçi onu da iddia edib ki, İran ordusu “dünyanın zahirən ən böyük ordusunu aciz vəziyyətə salaraq məğlub edib”.

İran xarici işlər naziri əlavə edib: “Bu, şüar deyil, bütün dünyanın etiraf etdiyi reallıqdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol