Birləşmiş Ərəb Əmrliklərindən neftlə bağlı açıqlama gəldi.
Birləşmiş Ərəb Əmrliklərinin neft naziri Muhammed El-Mazrui, neft bazarındakı təklif artıqlığının aylarla hətta illərlə davam edə biləcəyini söyləyib.
The National Daily qəzetinə müsahibə verən nazir El-Mazrui, özləri üçün aşağı neft qiymətlərinin bir narahatlığa səbəbi olmadığını qeyd edib.
El-Mazrui, OPEC xarici ölkələrin məntiqli davranıb istehsalı azaltması halında qiymətlərin normala dönə biləcəyini vurğulayıb.
Bu gün Brent neftinin barelinin qiyməti 50 dollardan aşağı düşərək 5.5 ilin yeni ən aşağı səviyyəsinə geriləyib. Neft qiymətlərinin aşağı düşməsinə hasilatın yüksək, eyni zamanda Avropa və Asiyada tələbin zəif olması təsir göstərir. /"Marja"


Şərhlər