Son günlər Azərbaycanda mal ətinin qiymətində artım müşahidə olunur. İl ərzində rayon üzrə pərakəndə satışda mal ətinin 1 kiloqramının qiyməti 17 manatdan 18 manata yüksəlib. Qəssabların sözlərinə görə, bahalaşma satış həcminə də mənfi təsir göstərib. Alıcılar isə qiymət artımının gündəlik ərzaq xərclərinə əlavə yük yaratdığını bildirirlər. Satıcılar qiymət dəyişikliyinin əsas səbəblərindən birinin fərdi təsərrüfatlardan alınan diri iribuynuzlu heyvanların bahalaşması olduğunu deyirlər. Diri heyvanların alış qiymətinin yüksəlməsi son nəticədə mal ətinin pərakəndə satış qiymətinə də təsir göstərib.

"AzPolitika" xəbər verir ki, Bu fonda Azərbaycanda iribuynuzlu mal-qaranın rayonlar üzrə bölgüsü də diqqət çəkir. 2025-ci ildə ölkə üzrə iribuynuzlu mal-qaranın sayı 2 milyon 435 min 536 baş olub. Bu, əvvəlki illə müqayisədə 1,2 faiz azalma deməkdir.

2024-cü ilin rayonlar üzrə göstəricilərinə baxdıqda isə mal-qaranın əsas hissəsinin kənd təsərrüfatı və heyvandarlıq üçün əlverişli olan aran rayonlarında cəmləşdiyi görünür.

Siyahıya Sabirabad rayonu liderlik edir. Rayonda 122 min 364 baş iribuynuzlu mal-qara qeydə alınıb. İkinci yerdə Bərdə rayonu qərarlaşıb – 108 min 587 baş. İmişli 95 min 65 başla üçüncü, Cəlilabad 89 min 144 başla dördüncü, Ağcabədi isə 83 min 96 başla beşinci yerdədir.

İlk onluqda həmçinin Yevlax – 79 min 331, Masallı – 73 min 933, Saatlı – 69 min 72, Ağdaş – 67 min 319 və Salyan – 60 min 877 baş göstərici ilə yer alır.

Başqa sözlə, yalnız ilk 10 rayonun payına 848 min 788 baş iribuynuzlu mal-qara düşür. Bu, ölkə üzrə 2025-ci ildə qeydə alınan ümumi sayın təxminən 35 faizinə bərabərdir.

Digər bölgələrdə isə müvafiq göstərici belədir:



1Sabirabad rayonu122,364
2Bərdə rayonu108,587
3İmişli rayonu95,065
4Cəlilabad rayonu89,144
5Ağcabədi rayonu83,096
6Yevlax rayonu79,331
7Masallı rayonu73,933
8Saatlı rayonu69,072
9Ağdaş rayonu67,319
10Salyan rayonu60,877
11Beyləqan rayonu59,684
12Naxçıvan Muxtar Respublikası58,976
13Şəmkir rayonu55,810
14Quba rayonu54,168
15Zaqatala rayonu53,799
16Lənkəran rayonu53,625
17Kürdəmir rayonu53,153
18Şəki rayonu52,575
19Zərdab rayonu51,946
20Xaçmaz rayonu50,397
21Ağdam rayonu49,546
22Neftçala rayonu45,583
23Gədəbəy rayonu41,127
24Laçın rayonu41,104
25Ucar rayonu40,764
26Biləsuvar rayonu39,675
27Ağsu rayonu37,982
28Lerik rayonu37,416
29Astara rayonu36,672
30Tovuz rayonu35,459
31Göyçay rayonu35,362
32Qəbələ rayonu35,144
33İsmayıllı rayonu34,221
34Tərtər rayonu34,086
35Goranboy rayonu32,695
36Kəlbəcər rayonu31,394
37Qusar rayonu31,269
38Qazax rayonu29,230
39Füzuli rayonu28,665
40Hacıqabul rayonu28,606
41Balakən rayonu27,261
42Şamaxı rayonu26,710
43Ağstafa rayonu25,587
44Yardımlı rayonu25,551
45Şabran rayonu24,145
46Samux rayonu23,326
47Qobustan rayonu21,682
48Şərur rayonu21,483
49Göygöl rayonu20,433
50Qax rayonu19,956
51Oğuz rayonu18,899
52Abşeron rayonu18,510
53Daşkəsən rayonu17,789
54Siyəzən rayonu13,183
55Cəbrayıl rayonu11,004
56Xızı rayonu9,216
57Babək rayonu8,847
58Bakı şəhəri8,199
59Zəngilan rayonu8,038
60Şahbuz rayonu7,968
61Culfa rayonu5,686
62Ordubad rayonu5,664
63Şuşa rayonu5,276
64Ağdərə rayonu4,659
65Xocalı rayonu4,362
66Kəngərli rayonu4,330
67Sumqayıt şəhəri2,888
68Şirvan şəhəri2,647
69Naxçıvan şəhəri2,604
70Sədərək rayonu2,394
71Xocavənd rayonu2,305
72Qubadlı rayonu2,044
73Mingəçevir şəhəri1,715
74Gəncə şəhəri691
75Naftalan şəhəri625

"AzPolitika.info"