Türkiyənin xarici işlər naziri Hakan Fidanın Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe ilə görüşü əsnasında masanın üzərində yer alan plaket böyük marağa səbəb olub.

Görüş zamanı plaketin üzərində Mescid-i Əqsanın açarının təsvir edildiyi foto və Qüdsün işarələndiyi xəritə yer alıb. Xəritədə İsrailin göstərilməməsi isə başqa bir diqqət çəkən məqam kimi ön plana çıxıb.

Plaketdə həmçinin ərəb dilində “Aidun” ifadəsinin yer aldığı bildirilib. İfadə “geri dönənlər” və “geri qayıdacaqlar” mənasını verir.

Görüşdən yayılan görüntülərdə bu detalların yer alması Türkiyə-Liviya təmasları fonunda Fələstin və Qüds məsələsinə verilən mesaj kimi qiymətləndirilib.

"AzPolitika.info"