Menu

Samuxda zəhərlənənlər xəstəxanaya çatdırıldı – TƏBİB-dən RƏSMİ AÇIQLAMA

13.08.2026, 13:19
Samuxda zəhərlənənlər xəstəxanaya çatdırıldı – TƏBİB-dən RƏSMİ AÇIQLAMA

Samux rayonunda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

"AzPolitika" xəbər verir ki, xəstəxanaya zəhərlənmə ehtimalı ilə bağlı 9 nəfər gətirilib.

TƏBİB-dən bildirilib ki, ötən gün saat 19:00-dan başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə müraciətlər daxil olub. Pasiyentlərə ilkin tibbi qiymətləndirmə aparılıb və zəruri tibbi xidmətlər göstərilib.

Məlumata görə, hazırda pasiyentlərin vəziyyəti stabildir: "Müvafiq instrumental müayinələr və araşdırmalar tamamlandıqda ictimaiyyətə əlavə məlumat veriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol