Menu

İmişlidə yük avtomobilinin hava balonu partladı - xəsarət alanlar var

17.08.2026, 12:24
İmişlidə yük avtomobilinin hava balonu partladı - xəsarət alanlar var

İmişlidə "Man" markalı yük avtomobilinin təkərinə hava vurulan zaman hava balonunun partlaması nəticəsində iki nəfər ağır xəsarət alıb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində yerləşən təkər təmir sexində qeydə alınıb.

Sexdə "Man" markalı yük avtomobilinin pnevmatik hava balonuna hava vurularkən balon partlayıb.

Nəticədə Səxavət Məmmədov və Nurlan Fətəliyev ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol