Ermənistan Parlamentinin vitse-sədri Ruben Rubinyan “Hayastan” fraksiyasının deputatlarının çıxışlarına cavab verərkən Qarabaə tərk etmiş ermənilərinin ölkəmizə qayıtmasıilə bağlı ehtimallara toxunub və İrəvanın rəsmi mövqeyini ifadə edən diqqətçəkən bəyanatlarla çıxış edib.
Deputat Kristina Vardanyanın tənqidlərinə cavab verən R.Rubinyan bildirib ki, münaqişənin tarixi 1988-ci ildən yox, 1905-ci il hadisələrindən başlayır. O, yaranma səbəbi kimi iki amili göstərib: eyni ərazidə qarışıq yaşayış və regionda imperiyaların (xüsusən zəifləyən Rusiya imperiyasının) təsiri.
Rubinyanın sözlərinə görə, 1905-ci ildə Rusiya-Yaponiya müharibəsi və daxili inqilablar fonunda baş verənlər 1988-ci ildə də təkrarlanıb.
Qarabağə tərl etmiş ermənilərin əvvəlki yaşayış yerlərinə qayıtmasının dövlət siyasətinə çevrilməsinin risklərinə toxunan parlament rəsmisi vurğulayıb: “Qarabağı tərk etmiş ermənilərin qayıdışını dövlət siyasətinin əsas hədəflərindən biri kimi müəyyənləşdirmək Ermənistan-Azərbaycan münaqişəsi məntiqini yenidən diriltmək deməkdir. Ermənistan hazırkı vəziyyəti qəbul etməli və gələcəyə yönəlməlidir”.
Ermənistandakı demoqrafik mənzərəyə toxunan Rubinyan qeyd edib ki, hazırda ölkəsində ermənilərlə yanaşı yezidilər, kürdlər, assuriyalılar, ruslar yaşayır.
Çıxışının sonunda o bildirib ki, İrəvanın əsas strateji amacı mövcud reallığı qeydə almaq və regionda uzunmüddətli sülhə nail olmaqdır.
“AzPolitika.info”

Şərhlər