“Qalatasaray”ın hücumçusu Viktor Osimhen üçün daha bir nəhəng transfer iddiası ortaya çıxıb.

Türkiyə mətbuatının yazdığına görə, Səudiyyə Ərəbistanının “Al-Hilal” klubu nigeriyalı futbolçu üçün “Qalatasaray”a 150 milyon avroluq rəsmi təklif göndərib. İstanbul təmsilçisinin isə bu təklifi rədd etdiyi bildirilir.

Məlumata görə, “Al-Hilal”ın prezidenti Şahzadə Nəvvaf bin Səəd əvvəlcə Osimhen üçün 130 milyon avro təklif edib. O, danışıqların rəsmiləşməsi halında İstanbulda şəxsən görüşməyə hazır olduğunu “Qalatasaray” rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, Osimhenlə İngiltərə klublarından “Arsenal”ın da maraqlandığı bildirilir. Bununla belə, hazırda nigeriyalı hücumçunun transferi ilə bağlı konkret razılaşma əldə olunmayıb.

"AzPolitika.info"