Menu

"İndi kim olduğumu bilir?" - Yamal "Qalatasaray"ın yarımmüdafiəçisinə cavab verdi

14.10.2026, 16:31
"İndi kim olduğumu bilir?" - Yamal "Qalatasaray"ın yarımmüdafiəçisinə cavab verdi

"Barselona"nın gənc ulduzu Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qalatasaray" üzərində qazanılan 4:1 hesablı qələbədən sonra Mario Lemina ilə bağlı paylaşım edib.

"AzPolitika" xəbər verir ki, ispaniyalı futbolçu "Instagram" hesabında "İndi kim olduğumu bilir?" sözlərini yazaraq Qabon millisinin üzvünə cavab verib.

Qeyd edək ki, qarşılaşmadan əvvəl "Qalatasaray"ın yarımmüdafiəçisi Mario Lemina Lamin Yamalı tanımadığını bildirmişdi. Bu açıqlama futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdu.

"Barselona"nın zədə səbəbindən matçda iştirak etməyən futbolçusu Rafinya da paylaşımın şərh bölməsində Yamalın sözlərinə münasibət bildirib: "Deyəsən, indi səni tanıyır".

Xatırladaq ki, Yamal "Qalatasaray"la görüşdə iki məhsuldar ötürmə edib və matçın ən yaxşı oyunçusu seçilib. "Barselona" bununla da Çempionlar Liqasının əsas mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb.

Lamin Yamal Mario Leminaya cavab verdi - Foto

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol