Menu

"Rusiyaya qarşı təzyiqi artırmaq lazımdır"- Fransa İqtisadiyyat naziri

07.01.2015, 21:11
"Rusiyaya qarşı təzyiqi artırmaq lazımdır"- Fransa İqtisadiyyat naziri

Fransa İqtisadiyyat naziri Emmanuel Makron Avropa ölkələrini Rusiyaya qarşı təzyiqi artırmağa çağırıb.

Axar.az xəbər verir ki, Makron hər iki tərəfin iqtisadi sanksiyaları ləğv etməli olduğunu bildirib. Sanksiyaların Avropa biznesinə mənfi təsir göstərdiyi vurğulanıb.

Makron hesab edir ki, Avropada Ukrayna böhranı və Krımın birləşdirilməsi ilə bağlı Rusiyaya təzyiqin göstərilməsi üçün kollektiv məsuliyyət olmalıdır. Sanksiyaların ləğv edilməsi və ya onların azaldılması Rusiyanın mövqeyində dəyişiklik olmadan qeyri-mümkündür.

Qeyd edək ki, ötən ilin mart ayından Avropa Birliyi, ABŞ, Kanada və bir neçə ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Sanksiyaların tətbiqi əsasən, rusiyalı vəzifəli məmurlara, banklara və enerji şirkətlərinə tətbiq edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol