Menu

Parisdə terror aktını törədənlər Suriyada döyüşüblər

08.01.2015, 01:00
Parisdə terror aktını törədənlər Suriyada döyüşüblər

Parisdə terror aktını törədən silahlılar Suriyada döyüşüblər. APA-nın “Gazeta.ru”-ya isrinadən verdiyi xəbərə görə, bu barədə Fransanın “Le Point” jurnalı yazıb.

Məlumata əsasən, polis artıq üç terrorçulardan ikisinin şəxsiyyətini müəyyənləşdirib. Onların hər ikisi, 32-34 yaşlı Əlcəzair mənşəli Fransa vətəndaşlarıdır.

Terrorçular 2014-cü ilin yayında Suriyadakı silahlı münaqişə zonasından Fransaya qayıdıblar. Fransa polisi digər təfərrüatlar barədə hələlik məlumat vermir.

Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol