DünənRusiya ordusu tərəfindən Krivoy Roqdakı ticarət mərkəzinə edilən dron hücumu nəticəsində həlak olanların sayı artaraq 16 nəfərə çatıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbərliyinin məlumatına görə, xilasedicilər dağıntılar altından daha bir qadının meyitini çıxarıblar.

Şəhərin ən böyük ticarət mərkəzlərindən biri olan "Solneçnaya qalereya" növbəti dəfə hədəfə alınıb. Hücum zamanı ticarət mərkəzində güclü yanğın baş verib. İlkin zərbədən sonra xilasedicilər və tibb işçiləri hadisə yerinə gələrkən təkrar hücum qeydə alınıb. Hadisə nəticəsində aralarında uşaqların da olduğu 130-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Onların bir çoxu ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.

Bölgədə Fövqəladə Hallar Xidmətinin qüvvələri, kinoloqlar və digər ixtisaslaşmış dəstələr tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Dağıntılar altında hələ də insanların ola biləcəyi istisna edilmir.

Hadisə ilə bağlı Svoboda.org xəbər portalında ətraflı məlumat dərc olunub.

"AzPolitika.info"