Menu

“Neft qısa müddətdə 35 dollara düşə bilər” - Bank of America

08.01.2015, 09:19
“Neft qısa müddətdə 35 dollara düşə bilər” - Bank of America

ABŞ-ın ən böyük bankı Bank of America Merrill Lynch neft qiymətlərinə dair təəccüblü bir proqnoz verib.

ABŞ nəhəngi, Brent neftinin barelinin qiymətinin yaxın müddətdə 40 dollara qədər geriləyə biləcəyini açıqlayıb.

OPEC VƏ SƏUDİYYƏ ƏRƏBİSTANINA BAĞLIDIR

Bankın dünən yayımlanan araşdırma hesabatında OPEC və Səudiyyə Ərəbistanının addım atmaması halında Qərbi Texas növü xam neftin (WTI) 35 dollara, Brent neftin isə 40 dollara düşməsinin böyük bir risk olaraq ortaya çıxdığı qeyd edilib.

Brent nefti bu gün qırmızı xətt olan 50 dollardan da aşağı düşüb və 5.5 ilin yeni ən aşağı səviyyəsinə geriləyib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol