Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət ediblər.

Şavkat Mirziyoyevin universitetdə yaradılmış şəraitin onların xoşuna gəlib-gəlmədiyi barədə sualına tələbələr müsbət cavab veriblər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev özbək həmkarına Özbəkistanın təşəbbüsü ilə Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına məktəbə, həmçinin Nizami Gəncəvinin xatirəsinə Özbəkistanda bu qədər hörmətlə ehtiram göstərilməsinə görə təşəkkürünü bildirib.

Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin tələbələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycan dilində salamlayıb və öz şeirlərini oxuyub. Daha sonra o, iki dövlətin liderlərinə kitab hədiyyə edib.

Ardınca Azərbaycan və Özbəkistan prezidentləri tələbələrlə xatirə fotosu çəkdiriblər.