Menu

Avropa çempionatı: Azərbaycanın millisi ardıcıl üçüncü qələbəsini qazanıb

24.08.2026, 21:17
Avropa çempionatı: Azərbaycanın millisi ardıcıl üçüncü qələbəsini qazanıb

Azərbaycanın voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun III turunda Rumıniya seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8).

Xatırladaq ki, Azərbaycan millisi I turda Portuqaliyaya, II turda İspaniyaya eyni hesabla qalib gəlib. Komanda hazırda 8 xalla C qrupunun lideridir. Bu qrupun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol