Menu

ABŞ-ın neft ixracı rekord səviyyədə

08.01.2015, 10:03
ABŞ-ın neft ixracı rekord səviyyədə

ABŞ-ın neft ixracı, şist neftin hasilatının artması ilə rekord səviyyəyə çatıb.

ABŞ, neft hasilatını artırmasının ardından Noyabr ayında rekord səviyyədə neft ixracı reallaşdırıb. İstehsaldakı artım, ölkəni neftdən son 20 ilin ən yüksək səviyyəsində müstəqil hala gətirib.

Neft ixracı Noyabr ayında 34% artaraq gündəlik olaraq 502,000 barelə çatıb. ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatına görə, bu miqdar 1920-ci ildən bu yana ən yüksək səviyyəyə çataraq rekordun qırılmasını təmin edib. Neft ixracında bir əvvəlki zirvə 455,000 barel ilə 1957-ci ilin Martında qeydə alınmışdı. ABŞ hazırda dünyada neft ixracatında 17-ci yerdədir.

5 il əvvələ qədər ABŞ-ın neft ixracında rekord vurması ehtimal belə edilmirdi. ABŞ-da neft istehsalı, 25 illik enişin ardından ən aşağı səviyyəyə yaxın idi. İstehsalçılar o zamandan bəri horizontal qazma və hidrolik qırılma üsulunu istifadə edərək şist nefti istehsalını 66% artırdılar.

ABŞ-ın qanunverici orqnı 40 ildir qüvvədə olan və neft ixracatını məhdudlaşdıran qanunu ləğv etməyə çalışır. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol