Ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, bu il IV ixtisas qrupunda son illərin ən gərgin və yüksək rəqabətli bilik mübarizəsi qeydə alınıb.

“AzPolitika” xəbər verir ki, qəbul nəticələrində ən yüksək göstərici Azərbaycan Tibb Universitetində (ATU) müşahid olunub.

Məlumata görə, ATU-nun Tibb fakültəsinin ingilis bölməsi üzrə keçid balı 692 balı ötərək rekord həddə çatıb. Universitetin Azərbaycan bölməsi üzrə Tibb ixtisasının keçid balı isə 638 bal təşkil edib.

IV qrup üzrə abituriyentlərin topladığı yüksək ballar da rəqabətin miqyasını göstərir:

690–700 bal aralığında 9 nəfər;

630 baldan yuxarı nəticə gösterən isə 703 nəfər abituriyent var.

Təhsil ekspertləri IV gruptakı bu göstəriciləri son illərin ən ağır və çətin qəbul mübarizəsi kimi qiymətləndirirlər.

Rasim

“AzPolitika.info”