Menu

"Fransız xalqı terrorizmlə dinin fərqini görür" - Səfir

08.01.2015, 13:08
"Fransız xalqı terrorizmlə dinin fərqini görür" - Səfir

“Mən hazırda Fransadayam və bu hadisə bizi şoka salıb. Bütün dünyadan gələn həmrəylik mesajlarından təsəlli alıram".

Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfiri Paskal Monye dünən Parisdə baş verən hadisələri şərh edərkən bildirib.

“Bu faciədən sonra fransız xalqı birləşib, terrorizmlə dinin və yaxud irqin fərqini görür” - deyə diplomat vurğulayıb.

Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol