İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib.
APA-nın Tehran bürosunun məlumatına görə, İran Prezidenti Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb.
Səfərin iki gün davam edəcəyi bildirilir.
Məsud Pezeşkian ŞƏT-in dövlət başçıları sammitində çıxış edəcək.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi də Prezident Məsud Pezeşkianla birlikdə sammitdə iştirak etmək üçün Bişkekə yola düşüb.

Şərhlər