Azərbaycanın bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

"AzPolitika" xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin avqustun 31-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Qusarda 8, Balakən, Qobustanda 5, Şahbuzda 4, Beyləqan, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Şamaxıda 3, İsmayıllı, Altıağac, Zərdab, Şuşa, Bakı və Abşeron yarımadasında 2, Naxçıvan, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Qax, Zaqatala, Şəki, Quba, Xaçmaz, Xınalıq, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astara, Zəngilan, Kəlbəcər, Füzuli, Ağdamda 1 mm-dək qeydə alınıb.