İsrailin hazırkı Baş naziri Benyamin Netanyahu İsraildə keçiriləcək parlament seçkilərinin mümkün nəticələrindən olduqca narahatdır.

“AzPolitika” İsrail mediasına istinadla xəbər verir ki, B.Netanyahu seçkidə müxalifətin qələbəsini "İsrail üçün sonun başlanğıcı" olacağını bəyan edib.

Netanyahunun sözlərinə görə, müxalifətin qələbəsi "Livan, Qəzza və Suriyadan çəkilməyə, Fələstin dövlətinin yaradılmasına və İsrailin sonunun başlanğıcına" gətirib çıxaracaq.

Bu arada, “Haaretz” hərbi mənbələrə istinadla xəbər verib ki, Netanyahu 7 oktyabr hadisələrindən bəri baş verən uğursuzluqlardan diqqəti yayındırmaq üçün İordan çayının qərbində gərginliyi qəsdən artırır.

“AzPolitika.info”