“Məkkə Paktı regiondakı bütün ölkələrin qoşulması üçün açıqdır”.

"AzPolitika" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Məkkə Paktının Siyasi və Müdafiə Komitəsinin İstanbulda keçirilən ilk iclasından sonra deyib.

“Məkkə Paktı rəsmi olaraq Məkkə Müdafiə İttifaqı adlandırılıb. İmzalanan müqavilə bölgəmizdə yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının yaradılması prosesinə başlayıb. Pakt regiondakı bütün ölkələrin iştirakı üçün açıqdır”, - nazir bildirib.

Görüşdə Məkkə Paktına qoşulan ölkələrin xarici işlər nazirləri, müdafiə nazirləri və Baş qərargah rəisləri iştirak ediblər.

Avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıb. Sazişdə ölkələrdən hansısa birinə edilən hücumun bütün iştirakçılara qarşı təcavüz aktı hesab ediləcəyi nəzərdə tutulur.