Menu

“Azadlıq” radiosunun əyalət müxbirinin ifadəsi alındı

08.01.2015, 13:56
“Azadlıq” radiosunun əyalət müxbirinin ifadəsi alındı

Baş Prokurorluqda “Azadlıq” radiosunda aparılan araşdırmalarla əlaqədar radionun Aran bürosunun ştatdankənar müxbiri, İmişli rayonunda yaşayan Azər Əliyev bu gün ifadə verib.

Azər Əliyev İmişli Rayon Prokurorluğunda şahid qismində iki saata yaxın müddət ərzində ifadə verəndən sonra sərbəst buraxılıb.

Yada salaq ki, A.Əliyev ifadəsi alınması üçün Baş Prokurorluğa dəvət olunmuşdu. Lakin o deyib ki, yolun uzaqlığı nəzərə alınaraq İmişli Rayon Prokurorluğuna gəlməsi tövsiyə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol