Rusiyanın Krasnoyarsk şəhərində keçirilən bilik günündə xüsusi hərbi əməliyyat iştirakçısı çıxış edərək şagirdlərə Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) mərhum lideri Vladimir Jirinovskinin sitatını xatırladıb.
"AzPolitika" xəbər verir ki, o, çıxışı zamanı məktəblilərə müraciət edərək, bütün dünyanın rus dilində danışması üçün Kalaşnikov avtomatının quruluşunu öyrənməyin vacibliyini vurğulayıb:
"Bütün dünyanın rus dilində danışması üçün Kalaşnikov avtomatının quruluşunu öyrənin".
Xatırladaq ki, Vladimir Jirinovski vaxtilə analoji fikirlə çıxış edərək, uşaqlara ingilis dilinin məcburi öyrədilməsinə qarşı olduğunu və diqqətin hərbi hazırlığa yönəldilməsinin vacibliyini bildirmişdi.
Bilik günündə məktəblilərə təhsil və elm əvəzinə hərbi təlimatların prioritet kimi təqdim olunması, təhsil müəssisələrində ideoloji təbliğatın getdikcə daha aqressiv xarakter aldığını göstərir. Müasir dünyada dilin və mədəniyyətin nüfuzu hərbi güclə deyil, elmi kəşflər, texnologiya və yumşaq güc (soft power) vasitəsilə formalaşır. Dinc təhsil mühitində avtomat öyrənməyi dil biliklərindən üstün tutan bu cür ritorika şagirdlərdə dünyagörüşünün inkişafına deyil, gənc nəslin erkən yaşlardan hərbiləşdirilməsinə xidmət edir.
"AzPolitika.info"

Şərhlər