Rusiya diktatoru Vladimir Putin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri zamanı onunla şəxsən görüşməyə hazırlaşırmış. Lakin ABŞ rəsmisinin gətirdiyi mesajın məzmunu Kremlin rəhbərinə məruzə olunduqdan sonra Putin görüşdən imtina edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələrə istinadən "Agentstvo" nəşri məlumat yayıb.

Məlumata görə, Putin avqustun 25-də Retklifflə olacaq ehtimal olunan danışıqlar üçün hətta iş qrafikini də boşaldıbmış. MKİ direktorunun Moskvaya gəlişində əsas məqsəd Rusiya rəhbərliyini müharibənin bitməsi üçün tez bir zamanda razılığa gəlməyə çağırmaq olub. Amerika tərəfi Rusiyanın hərbi və iqtisadi vəziyyətinin getdikcə pisləşdiyini, bu səbəbdən Moskva üçün razılaşmanın gələcəkdə daha da zəifləməsini beyləmədən, elə indi bağlanmasının daha sərfəli olduğunu vurğulayıb.

Ancaq Retkliff Moskvada Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və FSB rəhbəri Aleksandr Bortnikovla görüşdükdən sonra mənzərə dəyişib. Söhbətin təfərrüatı Putinə çatdırıldıqdan dərhal sonra Rusiya Prezidenti amerikalı rəsmi ilə şəxsi görüşü ləğv edib.

Kremldəki mənbə Vaşinqtonun bu yanaşmasını kəskin tənqid edərək vurğulayıb: "Amerikalıların gətirdiyi mesaj elə təsir bağışlayırdı ki, sanki Zelenski artıq Poklonnaya təpəsində dayanıb durbinlə Kremlə baxır. Hamıya aydındır ki, reallıq böylə deyil".

Analitiklər hesab edirlər ki, bu insident Vaşinqton və Moskva arasında müharibənin dayandırılması ilə bağlı pərdəarxası danışıqların dərin böhran içində olduğunu və tərəflərin şərtlərdə anlaşmaqdan hələ də çox uzaq qaldığını göstərir.

Rasim

"AzPolitika.info"