Menu

Paşinyan Bişkekdə ABŞ senatoru ilə görüşdü - TRİPP layihəsi müzakirə olunub

01.09.2026, 14:09
Paşinyan Bişkekdə ABŞ senatoru ilə görüşdü - TRİPP layihəsi müzakirə olunub

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Bişkekdə ABŞ senatoru Stiv Deynsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ermənistan Hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Ermənistan və ABŞ arasında müxtəlif istiqamətlər üzrə strateji tərəfdaşlığın davamlı inkişafının vacibliyini vurğulayıblar. Görüşdə regional proseslər və cari hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Kommunikasiyaların blokdan çıxarılması və inkişafında TRİPP layihəsinin rolu xüsusi qeyd olunub. Bu kontekstdə layihənin icrası və nəzərdə tutulan gələcək proqramlar müzakirə edilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol